ÖZBEƏK ƏDƏBİYYATINDA ŞAİR RAUF PARFİ ÖZTÜRKÜN YERİ



Mualliflar:

Sayalı CƏFƏROVA

DOI:
Annotatsiya:

Rauf Parfi Öztürk Türk dünyası şeirinin inkşafında önəmli rol oynayan özbek milli şairlərindən biridir. Şair özünə xas üslubla Özbək şeirində fərqli bir yerə sahibdir. Onun “Karvon Yo´li”, “Aks Sado”, “Tasvir”, “Xotirot” adlı şeir kitabları var. Onun “Sukunat”, “Ona Türkiston” kimi əsərləri də var. Şairin şeirlərinin əsas temalarından biri də Türküstan ruhudur. Onun Türküstan adına yazılmış bir çox şeir və şeir kitabları mövcuddur. Rauf Parfinin bu günə qədər nəşr edilməmiş şeirləri qalıb. Rauf Parfi eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur. O, Behçet Kemal Çağların “İstiyorum”, Ercumant Behzat Lavın “İhramın dibi” kimi əsərləri tərcümə etmişdi. Kəlimələrə simvolik məna yüklemek Rauf Parfi yaradıcılığı üçün əsas özəlliklərdən biridir. Rauf Parfi şeirlərinin yarısı sonelərdən ibarətdir. Sone qısa həcmli əsər olub , az söz işlətməyi sevən sənətkarların yaradıcılığında rast gəlinir. Şairin sonetlərinin onun xəyal düşüncəsinin məhsulu olması və orijinal simvolik tiplərə sahib olmaq kimi özəllikləri şairi digərlərindən fərqləndirən xüsusiyyətdir.