Nərmin RƏHİMOVA
Məqalənin mövzusu 20-ci əsr özbək ədəbiyyatının və poeziyasının görkəmli nümayəndəsi, Özbəkistan Respublikasının Dövlət Himninin mətninin müəllifi, Özbəkistan Qəhrəmanı titulunun sahibi, tərcüməçi və ictimai xadim Abdulla Oripovun Özbək ədəbiyyatında tutduğu mövqedən, yazdığı əsərlərdən bəhs edir. Abdulla Oripov dünya ədəbiyyatının şah əsərlərinin özbək oxucusuna çatdırılması üçün məşhur sənətkarların əsərlərini özbək dilinə tərcümə etmişdir. Oripov 1960-cı illərdən özbək ədəbiyyatında parlamağa başlamış və klassik poeziya ənənəsini müasir dillə qarışdıraraq xalqın məhəbbətini qazanmışdır. O, şeirlərində təbiət, sevgi, vətən, həyatın çətinlikləri, insanlıq , millətçilik, insan ləyaqəti, ədalət kimi mövzulara toxunmuşdur. Şair əsərlərində dərin duyğularla yanaşı, ictimai-siyasi mövzulara da yer vermişdir ki, xüsusilə müstəqillik dövründə yazdığı əsərlər xalqın milli şüurunu və azadlıq istəyini əks etdirmiş, özbək xalqı arasında rəğbət qazanmışdır. Məqalədə şairin “Vətən”, ”Müstəqillik”, “Ayrılıq”, “Gözlər”, və “İlk məhəbbətim” şeirlərindən nümunələr və onların təhlili verilmişdir. Abdulla Oripov yaradıcılığı ilə Özbək ədəbiyyatını zənginləşdirmiş, Özbək ədəbiyyatına yeni bir rəng çaları qatmışdır. Şairin əsərləri günümüzdə də oxucular tərəfindən sevilərək oxunur və tanınır.