Aynur CƏFƏROVA
Dünya dilləri qədim dövürdə az sayda olsada zamanla yeni dillər formalaşmış və bir çox yeni dillər yaranmışdır. Bu dillər bir kökdən törəyən qohum dillər adlanırç bu qohum dillərə dil ailəsi deyilir. Qədim dillərdən biridə Türk dilləri ailəsidir. Türk dillər ailəsinə daxil olan dillərdən biridə qarluq qrupuna mənsub olan Özbək dilidir. Özbək dili Özbəkistan dövlətinin rəsmi dilidir. Özbək dili Türk dilindən sonar ən çox işlədilən ikinci bir türk dilidir. Türk dillərinə nəzər yetirdikdə görürük ki, türk dilləri ailəsinə daxil olan dillər bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Türk dilllərinin morfologiyasına nəzər saldıqda bütün türk dillərində sifətlər hər zaman ismin önündə işləndiyini görürük. Azərbaycan dilində olduğu kimi Özbək dilində də sifətlər əşyaların əlamət və keyfiyyətini bildirən sözlərə deyilir. Özbək dilində işlənən sifətləri incələdikdə bəzi fərqli xüsusiyyətləri olması ilə yanaşı Azərbaycan türkcəsindəki işlənən sifətlərə bənzərliyinin, həmçinində ümumui türk dilləri ailəsinə məxsus dil xüsusiyyətləri özündə daşıdığının şahidi oluruq.