AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKCƏLƏRİNİN TERMİNOLGİYASİNİN İNKİŞAFINDA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN ROLU



Mualliflar:

Aynur CƏFƏROVA

DOI:
Annotatsiya:

Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoyan ən əlamətdar hadisələrdən biridir. Bu Birinci Türkoloji Qurultayda türk xalqlarının tarixi, etnoqrafiyası, milli mədəniyyəti, dili, ədəbiyyatı, dilinin və ədəbiyyatının tədrisi metodikası, əlifbası, orfoqrafiyası və s. məsələlərlə yanaşı, terminologiya da önəmli məsələ kimi müzakirə obyekti olmuşdur. Bu, birinci növbədə, qurultayda qoyulmuş dil məsələlərinin həcmi ilə bağlıdır. Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu. Birinci Türkoloji Qurultayının ən başlıca vəzifə və məramlarından biri ərəb əlifbasından latın əlifbasına keçmək olmuşdur. Bu keçid xalqın kütləvi savadsızlığının aradan qaldırılmasında müstəsna rol oynadı, türkdilli xalqlar arasında mədəni əlaqələri gücləndirirlər. Qurultaydan toxunulan məsələlərdən biridə terminologiya məsələləri idi. A.R.Zifeld “Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri haqqında”, B.Çobanzadə “Elmi terminologiya sistemi haqqında”, H.Zeynallı “Türk dilləri üzrə elmi terminologiya sistemi haqqında” adlı məqalələrini məruzə etdilər. Bu iclasda, həmçinin Odabaş və Bəytursunun “Türk dillərində terminologiya” ilə bağlı məruzələrinin tezisləri də dinlənildi. Birinci Türkoloji Qurultay Tofiq Hacıyevin də qeyd etdiyi kimi, “...türk xalqlarının tarixi, mədəniyyəti, maarifi ilə bağlı zəngin problemlər proqramı olan Birinci Türkoloji Qurultay adətən ən çox dil məsələləri ilə xatırlanır.