Türkan MAHMUDZADƏ
1926-cı ilin 26 fevral - 6 mart tarixlərində respublikamızın paytaxtı Bakı şəhərində təşkil edilmiş I Türkoloji Qurultay XX əsrdə türk dünyasının, eyni zamanda, Azərbaycan xalqının elmi-mədəni və ictimaisiyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir. Türk coğrafiyasının mədəni inteqrasiyasına yönəlmiş və olduqca mühüm bir mərhələnin əsasını qoymuş bu tarixi hadisə, birinci növbədə, öz mahiyyəti və çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin gündəmə gətirilməsi və sistemli şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.