1926-CI İL I TÜRKOLOJİ QURULTAYIN TARİXİ ƏHƏMİYYƏTİ



Mualliflar:

Ülkər HƏSƏNOVA

DOI:
Annotatsiya:

1926-cı il Türkoloji qurultayı, Türk dünyası üçün olduqca mühüm tarixi hadisə olub. Türkoloji qurultayının iştirakçıları, əsasən Türk dilini, mədəniyyətini və birliyini inkişaf etdirməyə həsr olunmuş alimlər və tədqiqatçılardan ibarət idi. Bu qurultay, Türk dünyasının müxtəlif bölgələrindən gələn alimləri bir araya gətirərək, dil, elm və mədəniyyət sahələrindəəməkdaşlığın təməlini qoymuşdur. Həmçinin, qurultay, Türk dünyasında mədəniyyətlərarası əlaqələrin və birliyin gücləndirilməsi istiqamətində mühüm bir addım oldu. Türkoloji qurultayı yalnız dil məsələləri iləəlaqəli deyil, həm dəTürk dünyasında birliyin təşviqi baxımından əhəmiyyətlidir. Qurultayda iştirak edən alimlər, müxtəlif Türk dövlətləri və bölgələri arasında mədəniyyət mübadiləsinin və elmə olan töhfələrin artırılması məsələsini müzakirə etdilər. Bu, eyni zamanda, Türk dünyasında bir həmrəylik ruhunun formalaşmasına səbəb oldu. Qurultay türk etnosları arasında qlobal məsələləri müzakirəyə çıxaran və onların həlli uğrunda müəyyən işlər görən toplantı kimi XX əsrdə türk təfəkküründə böyük iz buraxmış bir sıçrayış idi. Bütöv türk dünyasının milli dəyərlərinin üzə çıxarılması, təbliği və araşdırılmasını qarşılarına məqsəd qoyan qurultay iştirakçıları tarixi keçmişimizin, elm və mədəniyyət sahələrindəki varisliyin qorunub saxlanılmasında, ədəbi dilimizin inkişafında və s. bu kimi məsələlərdə mühüm addımlar atmışlar.