FOLKLOR NÜMUNƏLƏRİ ƏSASINDA LİRİK ƏSƏRLƏRİN İFADƏLİ OXUSUNUN TƏŞKİLİ



Mualliflar:

Simuzər ƏLIYEVA

DOI:
Annotatsiya:

Cəmiyyətimizin,gənclərimizin inkişafında nitq, yazı və oxu əsas meyarlardan sayılır. Uç göstəricinin reallaşması cəmiyyətin işiqlı gələcəyə olan yoludur. Hər bir vətəndaş bu xüsusiyyətləri özündə aşılamalıdır. Yerindən, dilindən asılı olmayaraq nitq səlis, anlamlı, sadə və ifadəli olmalıdır. Bu xüsusiyyətlər istənilən anda, istənilən yerdə və dildə insanın cəmiyyətdə tutduğu mövqeni açıqlayır. Bu baxımdan ifadəli nitq,ifadəli oxu tərzi böyük əhəmiyyət kəsb edir.Cəmiyyətdə bu xarakterlərə malik vətəndaş yetirmək müəllimlərin öndə olan vəzifələrindən biridir. Bildiyimiz kimi, dünyagörüşünün artması, hərtərəfli inkişaf etməsi dil və ədəbiyyat dərslərinin əsas meyarlarından biridir. Ədəbiyyat fənninin tədrisində də bu amil əsas götürülür. Səviyyəli nitqin yaranmasında ifadəli oxunu rolu böyükdür. İfadəli oxu vasitəsilə ifaçı mövzusundan,növündən asılı olmayaraq elə ustalıqla çıxış etməlidir ki,dinləyici və tamaşaçı məzmunda bəhs edilən mühütü yaşasın. Bunun üçündə bədii qiraətin rolu böyükdür. Bədii əsərin ifadəli oxusunda səs və nitq bölməsində nitq texnikası vərdişlərinin (tələffüs, səs, diksiya) tərbiyəsi, səsin məlahətliliyi, mütəhər-rikliyi, qücü, ucalıq, tembr, orfoepik normalara düzgün riayət etmək xüsusilə vacibdir. Bundan əlavə məntiqi oxu vərdişlərinin aşılanmasında məntiqi ifadələlilik vasitələri; məntiqi vurğu məntiqi, fasilə, məntiqi melodiya, mətnaltı məna, eləcə də ifa zamanı auditoriya ilə bədii əsərin təqdimində nitqin təsirliliyini, emosional – obrazlı ifasını da artırır.