Məsmə ISMAYILOVA
Dünya müxtəlif xalqlardan və həmin xalqlara mənsub dillərdən ibarətdir. Hər xalqın və onun dilinin də müəyyən amilləri mövcuddur.Bu amillər mənsub olduğu xalqın mentalitetinə uyğundur. Dünya xalqlarının zəngin yazılı və şifahi ədəbiyyatı vardır və bu ədəbiyyatın hər iki növü mənsub olduğu dövlətin daxili qanunlarına riayət edir. Azərbaycan və İngilis dilli xalqlarının da özlərinə məxsus çox çalarlı yazılı və şıfahi ədəbiyyatı mövcuddur. Hər iki dövlətin istər yazılı istərsə də şifahi ədəbiyyatı müəyyən dövrlərə bölünmüşdir.Hər bir dövrün müxtəlif mözulu,müxtəlif xüsusiyyətli ədəbiyyat nümunələri mövcuddur. Məsələn :Azərbaycan ədəbiyyatı müyyən dövrlərə bölünür: Qədim dövr Azərbaycan ədəbiyyatı; Orta əsrlər ədəbiyyatı; Yeni dövr Azərbaycan ədəbiyyatı; Ən yeni dövr Azərbaycan ədəbiyyatı; Bütün bu dövrlər də öz tərkibinə görə müəyyən hissələrə bölünür.Sadalanan bütün dövrlərin yazılı və şifahi növləri mövcuddur. İngilis dilli dövlətlərin ədəbiyyatı da Azərbaycan ədəbiyyatı kimi müxtəlif dövrlərdən ibarətdir:Şifahi xalq ədəbiyyatı;Tarixi mövzulu əsərlər;Erkən və Orta əsr ədəbiyyatı;Orta əsr ingilis ədəbiyyatı;Elizabet və Yakobin dövrü;XIX əsr ədəbiy-yatı; XX əsr ədəbiyyatı və Müasir İngilis ədəbiyyatı. Hər iki dilin istər yazılı ,istərsə də şıfahi ədəbiyyatı erkən dövrləri əhatə edir və hər dövrün özünə məxsus ədəbiyyat nümunələri mövcuddur.Məqalə bu mövzuda hər iki dilin müqayisəli şifahi xalq ədəbiyyatını araşdırmışdır.